Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) vəziyyət qeyri-sabit olaraq qalır.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
“Agentlik israr etməkdə davam edir ki, Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik vəziyyəti təhdid altında qalarkən reaktorların heç biri yenidən işə salına bilməz”, – Qrossi bildirib.
Onun sözlərinə görə, stansiyanın bütün altı reaktoru “soyuq dayanma” vəziyyətindədir.
Noyabrın 16-da Zaporojye AES-in rəsmi Telegram kanalı stansiyada Dneprovskaya elektrik xəttinin avtomatik olaraq bağlandığını bildirib. Hazırda elektrik stansiyası “Ferrosplavnaya -1” xətti ilə işləyir.
E.ŞİRİNOV