Əsas məzmuna keç

QUBADA MİKROAVTOBUSLA MİNİK MAŞINI TOQQUŞUB: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, səhər saatlarında Hacıhüseynli kəndində “Ford” markalı mikroavtobusla “Chevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…