1 İyun 2026 / 15:09

Qubanın bu 3 kəndi ruslaşmadan xilas edildi- RƏSMİ

Quba rayonunun 3 kəndinin adı dəyişdirilib. Tezadlar.az  bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək. Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!