Əsas məzmuna keç

“Quranın yandırılması Qərbdə yeni dövrün reallığı kimi qiymətləndirilir” – Allahşükür Paşazadə

İslam dini adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

TEZADLAR.AZ xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda dinə dövlət səviyyəsində xüsusi diqqət var.

“Prezident İlham Əliyev İslam dəyərlərini beynəlxalq miqyasda müdafiə edib. Azərbaycanın Ərəb Liqasına, İslam Əməkdaşlıq Təşkilatına göstərdiyi dəstək yüksək qiymətləndirilir. İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

Fransa, İsveç, Danimarkada müsəlmanın diskriminasiyası adi hal alıb. Quranın yandırılması Qərbdə yeni dövrün reallığı kimi qiymətləndirilir”, – deyə sədr qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…