Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski klubun uğur sirləri və baş məşqçi Qurban Qurbanovun iş metodları barədə danışıb.
Tezadlar.az xəbər verir ki, 25 yaşlı qolkiper komandadakı yüksək tələbkarlıqdan söz açıb.
“Qarabağ”da böyük rolu Qurban Qurbanov oynayır. 17 ildir klubdadır. Çox tələbkardır, hücum futbolu və yüksək pressinq istəyir. Bəzən məşqlərdə qapıçıya geri ötürməyi qadağan edir. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, həmişə hücum etməliyik”, – deyə o söyləyib.
Koxalski həmçinin klubun transfer siyasətini də yüksək qiymətləndirib:
“Klubun güclü skautinq sistemi var. Portuqaliyanın və ya Braziliyanın ikinci liqalarından istedad tapırlar. Hər kəs burada özünü göstərmək və daha güclü liqaya keçmək istəyir, ona görə heç kim yarım güclə oynamır”.