Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi metro stansiyalarında “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyası ilə bağlı sosial çarx yerləşdirilib.
Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, Metronun “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Xətai” və “Nizami” stansiyalarında nümayiş olunan posterlərdə xüsusilə körpə və dişi quzuların 3–5 aylıq dövrdə kəsilməsinin yaratdığı mənfi nəticələr ictimaiyyətin diqqətinə çatdırılır.
Kampaniyanın əsas məqsədi heyvandarlıqda davamlılığın qorunması, məhsuldarlığın artırılması və erkən kəsimin qarşısının alınması istiqamətində maarifləndirməni gücləndirməkdir.
Qeyd edək ki, indiyədək təşəbbüsə millət vəkilləri, ictimai xadimlər və tanınmış blogerlər də qoşularaq kampaniyaya dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətə çatdırıblar.