16 Fevral 2026 / 13:16

“Qurtuluş” Reabilitasiya Mərkəzi niyə fəaliyyətini dayandırdı?-TƏCİLİ

Narkomaniyaya bulaşmış insanların müalicə olunaraq yenidən həyata qaytarılmasında “Qurtuluş” Reabilitasiya Mərkəzinin danılmaz fəaliyyəti vardır. Lakin hələki açıqlanmayan səbəbdən mərkəz fəaliyyətini dayandırmalı oldu. Tezadlar.az-ın əldə etdiyi məlumata görə, mərkəzdə müalicə olunan xəstələr ailələrinə təhvil verilib.

Bəs bu xəstələrin aqibəti necə oalacaq?

İlkin məlumata görə, mərkəzin fəaliyyətini dayandırması sırf maddi vəsait çatışmazlığı ilə bağlıdır. Halbuku milyonları xaricə daşıyan bəzi məmurların pulları hesabına, eləcə də Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manat pulun az bir hissəsi ilə mərkəzdə müalicə olunan xəstələrin həyata qaytarılmasında, cəmiyyət üçün faydalı insana çevrilməsində böyük rolu olardı.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!