Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə əlavə olaraq 20–30 tetri artıb. Tezadlar.az xəbər verir ki, qiymət artımı son iki ay ərzində Yaxın Şərqdə baş verən münaqişə fonunda mütəmadi olaraq davam edir. Müxtəlif brend yanacaqdoldurma məntəqələrində bu gün yanacağın qiymətlərini və mart ayından bəri ölkədə yanacağın bahalaşmağa başladığı dövrdən etibarən necə dəyişdiyini təqdim edirik. (qeyd: qiymətlər 2026-cı il 7 mart məlumatları ilə müqayisə olunub):
● Gulf (Son bir həftədə 10–30 tetri artım; 7 martdan bu yana 66 tetri–1.24 lari artım) G-Force Superi – 4.19 lari (əvvəl 3.53 lari idi), 7 martdan 66 tetri artıb G-Force Premium – 3.79 lari (əvvəl 3.07 lari idi), 72 tetri artım G-Force Euro Regular – 3.65 lari (əvvəl 2.97 lari idi), 68 tetri artım Euro Regular – 3.63 lari (əvvəl 2.92 lari idi), 71 tetri artım G-Force Euro Dizel – 4.37 lari (əvvəl 3.13 lari idi), 1.24 lari artım Euro Dizel – 4.27 lari (əvvəl 3.35 lari idi), 92 tetri artım
● Wissol (Son bir həftədə 10–17 tetri artım; 7 martdan 64 tetri–1.16 lari artım) Eco Super – 4.18 lari (3.54 lari idi), 64 tetri artım Eco Premium – 3.78 lari (3.12 lari idi), 66 tetri artım Eco Dizel – 4.39 lari (3.23 lari idi), 1.16 lari artım Euro Dizel – 4.34 lari (3.18 lari idi), 1.16 lari artım Euro Regular – 3.63 lari (2.97 lari idi), 66 tetri artım
● Socar (Son bir həftədə 10–22 tetri artım; 47 tetri–1.16 lari artım) Nano Super – 4.02 lari (3.55 lari idi), 47 tetri artım Nano Premium – 3.65 lari (3.11 lari idi), 54 tetri artım Nano Euro Regular – 3.49 lari (2.95 lari idi), 54 tetri artım Euro 5 Dizel – 4.14 lari (2.99 lari idi), 1.15 lari artım Nano Euro 5 Dizel – 4.24 lari (3.08 lari idi), 1.16 lari artım
● Rompetrol (Son 1 həftədə 16–23 tetri artım; 55 tetri–1.17 lari artım) Efix Super – 4.22 lari (3.59 lari idi), 63 tetri artım Efix Euro Premium – 3.78 lari (3.15 lari idi), 63 tetri artım Euro Regular – 3.59 lari (3.04 lari idi), 55 tetri artım Efix Euro Dizel – 4.32 lari (3.15 lari idi), 1.17 lari artım Euro Dizel – 4.27 lari (3.10 lari idi), 1.17 lari artım
● Portal (Son 1 həftədə 10 tetri artım; 55 tetri–1.10 lari artım) Super – 3.59 lari (2.99 lari idi), 60 tetri artım Premium – 3.49 lari (2.94 lari idi), 55 tetri artım Euro Regular – 3.29 lari (2.74 lari idi), 55 tetri artım Euro Dizel – 4.09 lari (2.99 lari idi), 1.10 lari artım Effektiv Dizel – 3.79 lari (2.84 lari idi), 95 tetri artım.
Xatırladaq ki, 28 fevraldan etibarən Yaxın Şərqdəki hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib. Dünya neft ehtiyatlarının təxminən beşdə biri bazara məhz bu boğazdan çatdırılır. Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və bu da qlobal enerji bazarlarında qiymət artım təzyiqini davam etdirəcək.
Bəli, Azərbaycanın quru sərhədi açıq olsaydı, yəqinki Gürcüstana benzin axını fərqli olacaqdı…
SƏBUHİ