Əsas məzmuna keç

Qusarda yol qəzası: iki məktəbli xəstəxanaya yerləşdirildi

Qusarda məktəbliləri avtomobil vurub.

Tezadlar.az xəbər verir ki, hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər – 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…