…Keçmiş deputat Quskaya hökm oxundu. Onun məhkəmədə ən son görüntüsü sosial mediada yayımlanıb. Tezadlar.az xatırladır ki, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə araşdırması yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Vəkillər Cavad Cavadov və Günay İsmayılova müdafiə çıxışlarında, Hüseyn Abdullayev son sözündə bəraət istəyiblər.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, “Quska”ya verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Hökmə əsasən, “Quska” 9 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
Bax belə! Milli Məclisin deputatı olanda özünü parlamentimizin deputatı kimi deyil, cavanlıq ab-havası ilə aparmanın nə demək olduğunu bu 9 ildə düşünüb nəticə çıxarmalı olacaq Hüseyn Abdullayev…
Elçin