Qutsul tərəfdarları repressiyaların dayandırılmasını tələb ediblər

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun tərəfdarları Moldova hökumətindən müxalifətə qarşı repressiyaları dayandırmağı tələb edirlər, – “Pobeda” blokundan deputat Aleksandr Suxodolski bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Agentliyin məlumatına görə, avqustun 5-də rayon məhkəməsi Qutsulu 7 il müddətinə azadlıqdan məhrum edib. Prokurorluq isə ondan 2,4 milyon dollar tələb edib.

Suxodolski qeyd edib ki, Qaqauziyanın Başkanı respublika hökumətinin bütün gücü ilə qanuniləşdirməyə çalışdığı “qanunsuzluğa qarşı müqavimət simvoluna” çevrilib.

“Biz tələb edirik: siyasi repressiyaları dayandırın, Yevgeniya Qutsulu azad edin, ədalətli və şəffaf seçkiləri təmin edin! Hökumət müxalifəti sıradan çıxarmaqla hakimiyyətdə qalacaqlarını düşünür. Amma tarix öyrədir: təzyiq nə qədər güclü olsa, xalqın səsi də bir o qədər ucalır”, – siyasətçi vurğulayıb.

Parlamentari Moldova hakimiyyətinin ölkə sakinlərinə demokratiya, söz azadlığı və ədalətli seçkilər vəd etdiyini xatırladıb. O, reallıqda moldovalıların ölkə rəhbərliyinin göstərişi ilə hədə-qorxu, müxalifətə qarşı təqiblər, mətbuatın bağlanması, siyasi həbslər və məhkəmələrin qanunsuz qərarlarına məruz qaldığını qeyd edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti