Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının Rusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O bildirib ki, müraciət olunubsa aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər: “Düzünü desəm, mən bu müraciəti görməmişəm, əgər müraciət olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb. Qeyd edək ki, “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.