Ukraynada demoqrafik böhran müşahidə olunur.
Tezadlar.az xəbər verir ki, bunu “Politeka Online” YouTube kanalına müsahibəsində Ali Radanın deputatı Anna Skoroxod deyib.
Onun sözlərinə görə, ölkədə dəfnlərin sayında artım qeydə alınır, doğum səviyyəsi isə azalır. Parlamentari bu “həyəcan zəngləri”nin Ukrayna üçün çox təhlükəli olduğunu vurğulayıb.
“Qəbiristanlıqlardakı qəbirlərin sayı getdikcə artır, cəmiyyətə təsir edir. Mən həmişə inkişaf etmiş şəhər olan Kiyevdə doğum göstəriciləri ilə tanış oldum. İndi bütün şəhər üzrə doğum səviyyəsi əvvəllər doğum qəbul edən bir doğum evinin səviyyəsindədir”, – Skoroxod vurğulayıb.
Bundan əvvəl Ali Radanın deputatı Mixailo Tsymbalyuk Ukraynada demoqrafiya ilə bağlı ciddi problemdən danışıb. O, ölkədə işçi qüvvəsinin kəskin çatışmazlığını qeyd edib.
E.ŞİRİNOV