Əsas məzmuna keç

Rafet El Roman azərbaycanlı nişanlısı ilə evlilik müqaviləsiz evlənəcək:”Oranın şahzadəsidir”

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı Rəhimə Hacıyeva adlı azərbaycanlı xanımla bağlı sualları cavablayıb.

Tezadlar.az  xəbər verir ki, ifaçı nişanlısı ilə Azərbaycanda tanış olduqlarını bildirib. Rafet evlilik müqaviləsi bağlamadan həmin xanımla nikah masasına əyləşəcəyini vurğulayıb. O, övladlarının və keçmiş xanımlarının da bu münasibətdən xəbərdar olduğunu və narazılıqlarının olmadığını deyib:

“Hələ evlənməmişik. Nişanlıyıq. Azərbaycanlıdır, oranın şahzadəsidir. Evlilik müqaviləsi düşünmürəm. Mirasımı övladlarım arasında bölmüşəm. İndidən hər biri milyonçudur. Qalanı da məndən sonra onun olacaq”.

Qeyd edək ki, Rafet daha əvvəl iki dəfə evli olub və üç övladı var.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…