Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün 22 fevral tarixi Ramazan ayının dördüncü günüdür. Tezadlar.az xəbər verir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 22-də imsak vaxtı saat 06:15-də, iftar vaxtı isə 19:03-dədir.
Fevralın 22-nə olan namaz vaxtları:
● Sübh azanı 06:25;
● Zöhr azanı 13:14;
● Məğrib azanı 19:03.
Ramazanın dördüncü günün imsak vaxtı üçün duasını təqdim edirik: “Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”. Tərcüməsi: “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!