Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstin HƏMAS hərəkatının nümayəndə heyətini qəbul etdi.
Tezadlar.az bildirir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat verib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Dolmabahçe ofisində HƏMAS-ın nümayəndə heyətini qəbul etdi”, – deyə məlumatda bildirilir.
Görüş zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Əlavə təfərrüatlar verilməyib.
E.ŞİRİNOV







