5 Mart 2026 / 08:50

Ramazan ayının on beşinci gününün duası, imsak, iftar və namaz vaxtları…

5 mart tarixi Ramazan ayının on beşinci günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 5-də imsak vaxtı saat 05:59-da, iftar vaxtı isə 19:16-dadır.

Martın 5-nə olan namaz vaxtları:

● Sübh azanı 06:09;

● Zöhr azanı 13:12;

● Məğrib azanı 19:16.

Ramazanın 15-ci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin!” Tərcüməsi: “İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün sinəmi təvazökarların tövbəsi ilə genişləndir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Allah!”

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!