Əsas məzmuna keç

Ramazan ayının on üçüncü gününün duası, imsak, iftar və namaz vaxtları…

3 mart tarixi Ramazan ayının on üçüncü günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 3-də imsak vaxtı saat 06:02-də, iftar vaxtı isə 19:14-dədir. Martın 3-nə olan namaz vaxtları:

● Sübh azanı 06:12;

● Zöhr azanı 13:13;

● Məğrib azanı 19:14.

Ramazanın 13-cü günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!” Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası:“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah oruc və digər ibatələrinizi qəbul etsin!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…