7 Mart 2026 / 09:27

Ramazan ayının on yeddinci gününün duası, imsak, iftar və namaz vaxtları…

7 mart tarixi Ramazan ayının on yeddinci günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 7-də imsak vaxtı saat 05:55-də, iftar vaxtı isə 19:18-dədir.

Martın 7-nə olan namaz vaxtları:

● Sübh azanı 06:05; ● Zöhr azanı 13:12; ● Məğrib azanı 19:18. Ramazanın 17-ci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!” Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!