Əsas məzmuna keç

Ramiz Mehdiyev və yaxınları ölkəni tərk edə bilməyəcək

Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Tezadlar.az  xəbər verir ki, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyevadır.

Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.

Qeyd edək ki, general-mayor Teymur Ramiz oğlu Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…