Abel Məhərrəmov : “Ramiz müəllim, sizin xidmətlərinizi biz çox böyük qiymətləndiririk. Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız böyük qiymətləndirib”.
Deputat Aydın Mirzəzadə : “Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir.
Eks deputat ️Vahid Əhmədov : “Ramiz Mehdiyevi Azərbaycan dövlətinin onurğa sütunu hesab edirəm. Bunu hər yerdə deyirəm. Çünki idarəetmə mexanizmini, dövlət strukturlarını, siyasəti mükəmməl bilən yeganə şəxslərdən biridir.
Deputat Фазил Мустафа : Ramiz Mehdiyev həm təcrübəli dövlət xadimi, həm də akademik elmi çalışmaları ilə tanınan, müəyyən dərəcədə dövlətin ideoloji kursunu müəyyənləşdirən konseptual əsərlərin müəllifi olan ictimai-siyasi xadimdir
Deputat Malahat Ibrahimgizi : “Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var.