Araşdırmaçı jurnalist Eynulla Fətullayevin bu yazısı həm də düşünmək üçün vacibdir:
– Ramiz Mehdiyevin gəlnini işdən çıxarıblar… Bu xəbəri mediaya bənzər, vaxtilə Mehdiyev tərəfindən yaradılmış və maliyyələşdirmiş vərəqələr elə həvəslə tirajlayır ki, sanki xalqa sensiya çatdırırlar. Ramiz Mehdiyevin gəlini harda işləyir? Prezident admistrasiyasında? Bəlkə polisdə? Yü xüsusi xidmət orqanlarında? Yox, həkimdir. Bəlkə xanım bacarıqlı həkimdir və çox insanın sağlamlağını və həyatını xilas edəcəkdi? Ramiz Mehdiyevin gəlini də dövlət çevrilişində iştirak edib? Hakimiyyəti qəsb etmək istəyib? Yox, belə bir məlumat yoxdur. Onda bu xanım niyə işdən çıxarılmalıdır? Heç oğul ataya görə cavab verə bilməz, məgər gəlin qayınataya görə cavabdehdir?
Bəlkə bir dəstə toplayıb Fövqəladə Hallar Nazirliyinə hücum edək? FHN-də Mehdiyevin oğlu işləyir. Onu kabinetindən çıxarıb balkondan ataq! Necə təklifdir? Ramiz Mehdiyevin nəvələrinin dərisini soyaq! Necə təklifdir? Yeznəsini də edam edəkmi?
Çində mədəni inqilab zamanı, Kambodjada da Pol Pot üsul-idarəsi illərində partiyaya xəyanət etmiş şəxslərin qohum-əqrəbasını da qırırdılar…
Azərbaycanda artıq nəinki oğul ataya görə, hətta gəlin qayınataya görə də cavabdehdir! Bunu da bildik! Bunu da gördük!”