3 Noyabr 2025 / 18:13

Ramiz Mehdiyevin övladları onunla görüşmür?

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, ağır dövlət cinayətlərində ittiham olunur. O da bəllidir ki,  Ramiz Mehdiyev əvəllər də yaşadığı (hazırda Tiflis prospektindəki “Avropa” otelinin yaxınlığında yerləşən villasında) evində ev dustaqlığını çəkir. Sosial mediada yazılanlara görə, məlum istintaq qərarından sonra onun yanında həyat yoldaşı Qalina Mehdiyeva qalır. O da bildirilir ki, Mehdiyevin övladlarına onunla görüş icazəsi verilməyib. Villaya giriş icazəsi olan yeganə şəxs isə onun uzunillik mühafizəçisi Qənbər adlı şəxsdir. Evin bazarlığını da o edir.
Hüquqşünaslaradeyir ki, hazırkı qanunvericiliyə əsasən, ev dustaqlığında olan şəxslər müəyyən hallarda yaxın qohumları ilə görüşə bilirlər. Lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi şərtlərdən asılıdır. Əgər görüşlərin istintaqın gedişinə təsir edə biləcəyi ehtimalı varsa, həmin təmaslara qadağa qoyula bilər(tezadlar.az).
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!