1 Dekabr 2025 / 13:22

Ramiz Mehdiyevin uzun illər təbliğatçısı olmuş Bəxtiyar Sadıqov DTX-də dindiriləcəkmi?

…Ramiz Mehdiyevin Azərbaycanda ən yüksək vəzifələr tutaraq, nəinki müəyyən vəzifələrə təyinatların taleyini həll edib, hətta seçkiləri belə aydın və sadə şəkildə idarə edib… Onun Milli Məclisin tribunası olan “Azərbaycan” qəzetinə təyin etdirdiyi və 20 il deputat etdiyi Bəxtiyar Sadıqovun sayəsində özünün kollektiv təriflənməsini necə təşkil edib, bunu “Təzadlar”ın ötən dövrlərdəki buraxılışlarından görmək olar… Aşağıdakı linkdə təqdim edilən məqaləni isə oxumaq kifayətdir ki, Bəxtiyar Sadıqovun Ramiz Mehdiyevin uzun illər təbliğatında “Azərbaycan” qəzetinin yaradıcı kollektivini necə səfərbər etdiyi, jurnalistlərin əməyini necə istismar etməsi aydın olsun:  https://tezadlar.az/australian-parks/
 Beləliklə, DTX ömrü boyu Azərbaycan dövlətinin ən yüksək vəzifəsini tutmuş, amma sonradan bu dövlətin ayağının altını qazmağa meyillənmiş Ramiz Mehdiyevlə bu istiqamətdə əməkdaşlıq etmiş, onun tapşırıqlarını artıqlaması ilə icra etmiş… şəxsləri istintaqa cəlb edir, ifadələrini alır.
Hesab edirəm ki, Ramiz Mehdiyevə ən çox sədaqətlə xidmət etmiş, dövlətin pulu ilə nəşr edilmiş “Azərbaycan” qəzetində Prezident İlham Əliyevdən də çox Ramiz Mehdiyevi Azərbaycanın rəsmi şəxslərinin dili ilə az qala hər gün təriflətmiş, müasir Azərbaycanın qurucusu kimi təqdim etmiş, Ramiz Mehdiyevin 20 il deputat etdiyi Bəxtiyar Sadıqov da DTX istintaqına cəlb edilməlidir. Onda Ramiz Mehdiyevin Dövlətin bir böyük vəzifə ağacında oturub min budağı necə silkələməyi bəlli olacaq…
Ən dəhşətlisi, B.Sadıqovun ötən illərdə Prezident İlham Əliyevlə bağlı qəzet yazılarında dəfələrlə kobud üslub və texniki, qəzetçilik səhvlərinə yol verdiyi də mediada dəfələrlə işıqlandırılıb. Amma Ramiz Mehdiyevlə bağlı yüzlərlə, minlərlə məqalə və yazılarda, xəbərlərdə bir dəfə də olsun belə səhvlər olmayıb!
“Təzadlar”ın Araşdırma Qrupu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!