3 Noyabr 2025 / 11:50

 Ramiz Mehdiyevin köməkçisi barədə həbs qətimkan tədbiri seçilib

AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub.

Tezadlar.az xəbər verir ki, xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (apa)

“Təzadlar” xatırladır ki, 2022-ci ildə  E.Əmirov barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olmuşdu və o, həmin şikayətlər əsasında saxlanılmışdı. Eldar Əmirov o zaman Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs edilmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!