12 Yanvar 2026 / 18:15

Ramzan Kadırovun səhhəti pisləşib və…

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Kadırov böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alır. Məlumatda iddia olunur ki, xəbərin mənbəyi Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələridir. Bildirilir ki, Ramzan Kadırov hazırda Çeçenistanda, özünə məxsus xəstəxanada müalicə olunur və həkimlər onun səhhəti ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. Ukrayna mediası həmçinin yazır ki, Kreml artıq Kadırovun tutduğu vəzifə üçün mümkün namizədləri nəzərdən keçirməyə başlayıb. Qeyd edək ki, 2023-cü ilin sentyabrında Ukraynanın Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Ramzan Kadırovun ağır vəziyyətdə olduğunu açıqlamışdı. Həmin açıqlamadan iki gün sonra isə sosial şəbəkələrdə Kadırovun videosu paylaşılmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!