Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Tezadlar.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib.







