Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat RAZİ NURULLAYEVİN QARDAŞI, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən HASİL NURULLAYEV idi.
İstintaqın versiyasına görə Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Əliyevə böyük məbləğdə borcu olub.
Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq “Əliyevdən qorunmasını” xahiş edib.
Kimdir İlham Əliyev? Əliyev İlham Oruc oğlu Hasil Nurullayevin həyat yoldaşının əmisidir.
Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötəm ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.
Razi Nurullayevin qardaşıarı Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti bizneslə məşğuldurlar, “PERSPEKTİVA”, “ALTERNATİVA”, “ELİZAVETA”, “ORİON”, “MUNİR”, “OLİMP-FİNANS”, “ASSET”, “YABLOKO”, “AVRORA”, “MERKURİ”, ” ŞANS”, “RİK” kimi çoxsaylı şirkətlərə sahibdirlər.
Cavanşir HƏSƏNLİ,
Araşdırmaçı-jurnalist
P.S.Hələki Hasil Nurullayev bu məsələyə münasibət bildirməyib.
(Şəkildə: Hasil Nurullayev)