Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tacikistan vətəndaşları Türkiyəyə vizasız gedə bilməyəcək.
Tezadlar.az Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın fərmanına istinadən xəbər verir.
“Xüsusi pasportlara malik Tacikistan vətəndaşlarının Türkiyəyə gediş-gəlişinə tətbiq edilən vizasız rejimin ləğv edilməsi qərarı 18 saylı “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanunun 6458-ci maddəsinə uyğun olaraq qəbul edilib”, – sənəddən irəli gəlir.
“Crocus City Hall” konsert salonuna hücum edən 4 silahlıdan biri Rusiya Federasiyasına Türkiyədən gəldiyini bildirib. Daha sonra Türkiyədə iki terrorçunun yolu tapılıb. Ankara hücumçuların səfəri ilə bağlı Rusiya hakimiyyətinə məlumat verib. Onlar ölkədə qeydiyyatsız olublar. Yaraqlılar eyni reyslə martın 2-də Moskvaya gəliblər.
E.ŞİRİNOV