Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün, Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana edəcəyi səfərdən danışıb.
O, NATO zirvəsindən sonra, iyunun 15-16-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə Azərbaycana rəsmi səfər edəcəyini bildirib.
R. T. Ərdoğan keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş, Türk Dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. Şuşada ikitərəfli görüşlər keçirəcək, qardaşım Prezident İlham Əliyevlə birgə iki ölkə arasında əməkdaşlığın inkişaf imkanlarını müzakirə edəcəyik. 16 iyunda isə Bakıda Avropa Futbol Çempionatının seçmə qrup oyunları çərçivəsində Türkiyə Milli Futbol Komandasının Bakıda oyununu qardaşım İlham Əliyevlə birgə izləyəcəyik”.
Şakir QURBANOV