Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Sentyabr 2021 / 05:01

ƏRDOĞAN PAŞİNYANIN İKİÜZLÜ SİYASƏTÇİ OLDUĞUNU DİLƏ GƏTİRDİ VƏ CAVABINI VERDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Paşinyanın iki üzlü siyasət sərgilədiyini bildirib.

Türkiyə Prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur koridorunun açılmasının əlehyinə olmasına münasibət bildirərkən deyib ki, Paşinyanın atdığı atddım və dediyi söz fərqlidir: “Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Ərdoğanla görüşmək istəyirsə bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”, – deyə Ərdoğan söyləyib. Türkiyə lideri ümid edib ki, Zəngəzur koridorunun açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki gərginlik aradan qalxacaq. Prezident bundan əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi daha çox siyasi məsələdir… Həqiqətən də, Paşinyan bir tərəfdən Ərdoğanla görüşə can atır, digər tərəfdən isə bu görüşdə prinsipial məsələ olan ən vacib addımlardan birini -Zəngəzur dəhlizinin açılmasını istəmədiyini deyir… 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!