Əsas məzmuna keç

ƏRDOĞAN PUTİN VƏ ZELENSKİ İLƏ DAİMİ TƏMASDA OLDUĞUNU AÇIQLAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara Ukraynada ədalətli sülhün bərqərar olmasının qəti tərəfdarıdır.

Tezadlar.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

Ərdoğanın sözlərinə görə, o, bu sahədə davam edən səylər çərçivəsində prezidentlər Vladimir Putin və Vladimir Zelenski ilə daimi əlaqə saxlayır.

Əvvəllər Ankaradan bu qəbildən olan bəyanatlar dəfələrlə alınıb və hətta münaqişə tərəflərinə Türkiyə paytaxtından danışıqlar platforması kimi istifadə etmək barədə təcili təkliflərlə müşayiət olunub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…