17 Noyabr 2022 / 10:34

ƏRDOĞAN RUSİYADAN YOXSUL AFRİKA ÖLKƏLƏRİNƏ TAXIL TƏDARÜK ETMƏK PLANLARINI AÇIQLAYIB

Qara dəniz təşəbbüsü çərçivəsində Rusiyadan gələn taxıl Afrikanın yoxsul ölkələrinə tədarük ediləcək. TASS xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq planları açıqlayıb.

Türkiyə dövlətinin başçısı bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Rusiyadan ərzaq tədarükünün istiqamətləri ilə bağlı razılaşma var. Taxılın Türkiyədə emal olunaraq un hazırlanacağı, daha sonra Afrikaya daşınacağı qeyd olunur. “ABŞ prezidenti Co Bayden buna görə bizə təşəkkür etdi”, – Ərdoğan əlavə edib.

Bundan əvvəl Türkiyə prezidenti taxıl müqaviləsinin 120 gün uzadılmasını təsdiqləyib. “BMT, Türkiyə, Rusiya Federasiyası və Ukraynanın qəbul etdiyi qərara əsasən, Qara dəniz dəhlizi ilə bağlı saziş 2022-ci il noyabrın 19-dan 120 gün müddətinə uzadılıb”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!