Əsas məzmuna keç

SABAH ƏRDOĞAN PUTİNLƏ SÜLH DANIŞIQLARINI MÜZAKİRƏ EDƏCƏK

Türkiyə Rusiya-Ukrayna savaşının sülhlə başa çatması üçün təşəbbüslərini davam etdirməkdədir…

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün BMT Baş katibi Antonio Quttereşi qəbul etdim. Onunla mövcud durumla bağlı fikir mübadiləsi apardıq. Ötən günlərdə ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım. Sabah da rusiyalı həmkarım Vladimir Putinlə danışacağam. İstanbul müzakirəsi sülh üçün ən mühüm zəmindir”.

İnanmağa dəyər ki, nəhayət, bir müddətdir pozulmuş sülh danışıqları yenidən masa arxasında çözüləcək. Çünki hər ötən gün tərəflərin itkiləri, insanların ölümü, anaların göz yaşı deməkdir. İndiyədək 6 milyon ukraynalı vətənini tərk edib, şəhər və kəndlər darmadağın edilib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…