Əsas məzmuna keç

ƏRDOĞAN: TÜRKİYƏ “VAQNER” ÖHŞ İLƏ VƏZİYYƏTİN NİZAMLANMASINA TÖHFƏ VERMƏYƏ HAZIRDIR

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, iyunun 24-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Tezadlar.az bu barədə Türkiyə liderinin ofisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Mətbuat xidməti izah edib ki, tərəflər Vaqner üsyanı fonunda Rusiyadakı vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı Türkiyə lideri Ankaranın vəziyyətin nizamlanmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

“Türkiyə hadisələrin sülh və əmin-amanlıq şəraitində tez həllinə töhfə verməyə hazırdır”, – Ərdoğan bildirib.

Bundan əvvəl Vladimir Putinin bir sıra dost ölkələrin dövlət və hökumət başçıları ilə insidenti müzakirə etdiyi bildirilib. O, xüsusən də Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Kasım-Jomart Tokayevə zəng edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…