Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2024 / 15:12

ƏRDOĞAN: UKRAYNADA VƏZIYYƏTİN NİZAMLANMASI ÜÇÜN RUSİYANI KƏNARDA QOYAN TƏŞƏBBÜSLƏR NƏTİCƏ VERMƏYƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanı kənarda qoyan təşəbbüslərin səmərəsizliyindən əmindir.

“Ukraynadakı dağıntıları mümkün qədər tez dayandırmaq və hər iki tərəf üçün ədalətli və yekun həllə nail olmaq lazımdır. Rusiyanı istisna edən təşəbbüslərin istənilən nəticəni verməyəcəyi qənaətindədir”, – deyə Ərdoğan Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.

Yayım Türkiyə liderinin administrasiyası tərəfindən sosial şəbəkələrdə aparılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!