Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Mən ətrafımı, beynəlxalq qaynaqları və dostlarımızı səfərbər edəcəm və referendumdan (Bələdiyyə seçkiləridən) əvvəl Gürcüstana gəlməyi, orada olmağı planlaşdırıram”.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili, ABŞ-da keçirdiyi görüşlər barəsində danışarkən deyib. Onun sözlərinə görə, O seçkilərlə bağlı böyük konfranslarda çıxışlar edir və ciddi şəxslərlə görüşür: “Gürcüstanın qondarma hökuməti, Gürcüstanın demokratiya planının qəsbkarları və qatilləri nə edirlərsə etsinlər, baş verənlər müvəqqəti dəhşətli hadisələrdir. Vaşinqtondan başqa Avropaya da getməyi planlaşdırıram. Böyük konfranslarda çıxışlar edirəm və ciddi şəxslərlə görüşürəm, referendumdan (Bələdiyyə seçkiləridən) əvvəl Gürcüstana gəlməyi, orada olmağı planlaşdırıram”, – deyə M. Saakaşvili bildirib.