AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXIV turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Tezadlar.az-ın məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 5 oyundakı mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.







