Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda yeni qanuna əsasən, müəllimlər artıq məktəbdən kənarda şagirdləri direktorun razılığı olmadan hazırlaya bilməyəcəklər. Tezadlar.az xəbər verir ki, sözügedən qayda noyabrın 1-dən etibarən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklər çərçivəsində qüvvəyə minib. Qeyd olunur ki, dövlət məktəbinin müəllimi eyni zamanda özəl məktəbdə də işləyə bilər, lakin bunun üçün öz məktəbinin direktorunun razılığı tələb olunur. Həmçinin, yeni bir məqam da əlavə edilib: əvvəllər repetitorluq (əlavə hazırlıq) nə icazə verilən, nə də qadağan edilən fəaliyyət idi; indi isə qanunda qeyd olunub ki, istənilən digər ödənişli fəaliyyət rəhbərliklə yazılı şəkildə razılaşdırılmalıdır və buna görə də repetitorluq da bu razılığı tələb edir. Qanunun pozulması halında dövlət qulluqçusu işdən azad ediləcək və iki il müddətinə dövlət sektorunda işləmək hüququndan məhrum olacaq. Bundan əlavə, o, aldığı əlavə əməkhaqqını geri qaytarmaqla da öhdəlikli olacaq. Hüquqşünaslar qanunu şərh edərkən bildirirlər ki, bunun necə nəzarətdə saxlanılacağı aydın deyil, amma qanun müəllimlərə əlavə təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Azərbaycanda isə hələki bu problem elə problem olaraq qalır. Hətta məktəbdə dərs dediyi şagirdinə dərsdən sonra repetitorluq edən müəllimlərin sayı yetərincədir…
A.Məmmədli