Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nə baş verir? Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin müavini Vladimir Cabarov ölkəsinin ABŞ və Ukrayna ilə danışıqları Azərbaycanda aparmağa razı ola biləcəyini deyib. Tezadlar.az xəbər verir ki, Cabarov “Podyom” nəşrinə verdiyi açıqlamasında Bakının bu proses üçün əlverişli məkan olduğunu bildirib: “Bura münasib yerdir, hazırda Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Əgər Azərbaycan tərəfi danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, hesab edirəm ki, bizim nümayəndə heyətimiz tam arxayınlıqla Azərbaycana gedə bilər”.
Qeyd: Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli danışıqları Azərbaycanda keçirməyə hazır olduğunu bəyan edib. Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı V. Zelenski də əvvəlki görüş formatlarını xatırladaraq Bakının vasitəçilik imkanlarını yüksək qiymətləndirərərk deyib: “Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız olub. Onların bir hissəsi Türkiyədə keçirilib, daha sonra amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşmüşük. Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqlarımızı Azərbaycanda aparmaq istərdik”.
Beləliklə, tərəflər bu görüşə hazırdır, qalır bunu reallaşdırmaq. Rəsmi Bakının belə bir görüşə ev sahibliyi isə Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu ölkəmizin siyasi çəkisinin nə qədər yüksək olduğunu ifadə edir.
A.Məmmədli