Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 14:03

Rəsmi Moskvadan şok yanacaq addımı: benzin kənardan alınacaq!

Rusiyada bəlli yanacaq böhranını artıq prezident Vladimir Putin də dilə gətirdi… Buna görə də ölkədə kritik durum yaranıb, məhdudiyyətlər tətbiq olunur. Çünki Ukrayna dronları indi nəinki neftayırma zavodlarını, həm də bazalardakı ehtiyat benzini daşıyan maşınları hədəfə alıb, məhv edir. Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, artıq Rusiya kənar ölkələrdən benzin almağa məcburdur, amma hansı ölkələrdən yanacaq alacağını açıqlamayacaq. Belə ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da bu barədə bildirib. Onun sözlərinə görə, Rusiya neft məhsullarının mümkün idxalı ilə bağlı digər ölkələrlə danışıqlar aparır, lakin söhbətin hansı ölkələrdən getdiyini açıqlamayacaq. Peskov vurğulayıb ki, “məqbul qiymətlər üzrə razılaşmalar” əldə olunarsa, Rusiya yanacağı idxal edəcək. “Bu, tələbatın bu qədər artmasının qarşısını almaq məqsədilə bazarı sabitləşdirmək istiqamətində daha bir addım olacaq”.

Müharibə artıq Moskvanın küçələrində də hiss edilir- benzin növbəsinə dayanmış yüz minlərlə avtomobilin sırası ilə…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!