29 Dekabr 2025 / 09:49

Restoran sahibi öz obyektində ölü tapıldı

Onun bəxti və taleyi bura qədər imiş… Tezadlar.az xatırladır ki, Marneulidə məşhur “Göl restoranı” adlı iaşə obyektinin 64 yaşlı sahibi ölü vəziyyətdə tapılıb. Ölümün hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məlumata görə, restoran bir neçə aydır reabilitasiya prosesi ilə əlaqədar fəaliyyət göstərməyib. Hadisə yerinə ekspert-kriminalist qrup cəlb olunub, faktla bağlı istintaq başlanıb. Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə araşdırma aparılır. Sözügedən maddə özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutur.

Əslən Azərbaycanlı olduğu deyilən restoran sahibinin intihar etdiyi bildirilir. İstintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!