Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakının Binəqədi şosesində yerləşən restoranın yaxınlığında 4 nəfər cərəyan vurması nəticəsində ölüb. Tezadlar.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Ölənlərin restoranın əməkdaşları olduğu bildirilir. Hadisə yerində vəfat edənlər – 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir. “Azərişıq” ASC-dən isə bildirilib ki, həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil və 35 kV-luq həmin o özəl xətt 2007-ci ildə istifadəyə verilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Maraqlıdır ki, eyni vaxtda 4 nəfərin tok vurub öldürməsi necə baş verə bilərdi???