Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktında Ukrayna xüsusi xidmət orqanları iştirak edib.
Tezadlar.az bildirir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, Kirillov və köməkçisinin öldüyü terror aktında Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əli olub.
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi İqor Kirillov dekabrın 17-də Moskvanın Ryazanski prospektindəki evlərin birinin həyətində baş verən partlayış nəticəsində ölüb. Partlayıcı qurğu girişin yanında dayanan skuterə yerləşdirilib. Kirillovla birlikdə onun köməkçisi də dünyasını dəyişib. Hərbçilərin qətli ilə bağlı cinayət işi açılıb.
E.ŞİRİNOV