Əsas məzmuna keç

REYXSTAQIN ÜZƏRİNDƏ QIRMIZI QƏLƏBƏ BAYRAĞI

Berlin sakinləri və turistlər sosial şəbəkələrdə Reyxstaqın üzərində qırmızı Qələbə bayrağının yenidən dalğalandığı videolar yerləşdirirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” yazır.

Ehtimallara görə, naməlum fəallar oraq və çəkiclə bayrağı binanın damına apara biliblər.

Onu Reyxstaqın əsas girişinin sağ tərəfində, Almaniyanın dövlət bayrağının yanında quraşdırıblar.

Videoların müxtəlif rakurslardan çəkildiyi qeyd olunur: küçədən, binanın qarşısındakı meydandan, yoldan keçən maşının pəncərəsindən. Berlinin qonaqları onun fonunda həvəslə selfi çəkirlər.

Xatırladaq ki, sovet əsgərləri ilk dəfə 1945-ci il aprelin 30-da binanın ətəyində bir günlük şiddətli döyüşlərdən sonra Reyxstaqın üzərində bayraq qaldırmışdılar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…