Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüş Vladimir Zelenski üçün son şans deyil, Ukraynanın bir dövlət olaraq ayaqda qalması üçün son şansdır.
Tezadlar.az xəbər verir ki, fu fikri TASS-a müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı və BMT-nin İraq üzrə Xüsusi Komissiyasının kütləvi qırğın silahları üzrə keçmiş müfəttişi Skot Ritter deyib.
“Düşünürəm ki, Zelenskinin son şansı haqqında danışmağı dayandırıb Ukraynanın son şansı haqqında danışmağa başlamağın vaxtı çatıb. Ukrayna müasir milli dövlət kimi yaşayacaqmı? Ukraynanın taleyi necə olacaq?” – ekspert soruşur.
O qeyd edib ki, Zelenski sülh istəmir, eyni zamanda “Ukraynanın qələbəsinə ümid yoxdur”. Onun sözlərinə görə, münaqişə davam edərsə, Kiyev daha çox ərazi itirə bilər.
“Bu, Ukraynanın bir dövlət olaraq sağ qalmaq üçün son şansıdır”, -agentliyin həmsöhbəti vurğulayıb. “Bu müharibə davam edərsə, gələcəyi proqnozlaşdırmaq mümkün deyil, lakin indiki formada Ukraynanın mövcud olmayacağını güman etmək ağlabatandır”, – o əlavə edib.
E.ŞİRİNOV