Əsas məzmuna keç

RKBM QOŞUNLARININ RƏİSİNİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN PARTLAYIŞIN SƏBƏBİ AÇIQLANDI

Radiasiya, Kimyəvi və Bioloji Müdafiə (RKBM) qoşunlarının rəhbərinin öldüyü partlayışa səbəb skuterə yerləşdirilmiş partlayıcı qurğu olub.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub”, – deyə o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…