Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb. Tezadlar.az xatırladır ki, bu barədə “Armenpress” məlumat yayıb. Sitat: “Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işlərində faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib”.
Beləliklə, 6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər həbs edilib.






