Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 20:16

Rodriqo “Real”dan getmək istəyir

“Real”ın hücumçusu Rodriqo ən qısa zamanda Madrid klubunu tərk etmək niyyətindədir.

Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, braziliyalı artıq özünü komandanın bir hissəsi kimi görmür. Xüsusilə, o, şəxsən baş məşqçi Karlo Ançelottidən özünü hazır hiss etmədiyi səbəbindən, onu “Barselona” ilə son oyuna buraxmamasını istəyib.

Son məşq zamanı vəziyyətin gərginləşdiyi qeyd olunur: Rodriqo məşq başlayandan 15 dəqiqə sonra məşqçisi ilə danışaraq sahədən çıxıb. Bundan sonra o, dərhal məşq bazasını tərk edib.

Gərginliyə baxmayaraq, hücumçunun növbəti La Liqa oyununda “Malyorka” ilə qarşılaşmasında iştirak edəcəyi gözlənilir.

Bildiyiniz kimi, 2024/25 mövsümündə Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 100 milyon avro qiymətləndirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!