Əsas məzmuna keç

Ronaldo Real Madrid-də hamıya iPhone hədiyyə edib

Portuqaliyalı ulduz Cristiano Ronaldonun Real Madrid-dəki dövründə yalnız meydanda deyil, həm də xarakteri ilə komanda yoldaşları və işçi heyəti üzərində dərin təəssürat buraxdığı bir daha təsdiqlənib.

Real Madrid-in keçmiş qapıçısı Kiko Kasilya bildirib ki, Ronaldo “Blancos” forması geyindiyi illərdə klubdakı hər kəsə – istər futbolçu, istərsə də personal – “iPhone” və “Apple Watch” hədiyyə edib. Bu jest xüsusilə 2010-cu illərdə ABŞ-dakı mövsümöncəsi toplanış zamanı baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Kasilya “El After de Post United” proqramına verdiyi müsahibədə deyib:

“O, akademiyadan çıxan ən gənc futbolçudan tutmuş, fizioterapevtlər, təhlükəsizlik işçilərinə qədər hər kəsə öz diqqətini göstərirdi. Ronaldo bu hədiyyələrlə heç vaxt öyünmürdü – sadəcə minnətdarlığını göstərmək və ətrafındakılara dəyər verdiyini hiss etdirmək istəyirdi” .

Qeyd edək ki, hazırda 39 yaşlı Ronaldo karyerasını Səudiyyə Ərəbistanında “Əl-Nassr” klubunda davam etdirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…